Desi Trayan

Desi Trayan
lat. Decius
sentyabr 249 – iyun 251
SonrakıTrebonian Qall
Şəxsi məlumatlar
Doğum tarixi 201[1][2][…]
Vəfat tarixi 1 iyul 251
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti siyasətçi
Dini Qədim Romada din
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[1][2][…]1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru.

Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur.

Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karpqot tayfaları ilə döyüşdə həlak olmuşdur.

  1. 1 2 Gaius Messius Quintus Trajanus, Emperor of Rome Decius // Faceted Application of Subject Terminology.
  2. 1 2 Dècio // Sapere Encyclopedia (it.). De Agostini Editore, 2001.

Developed by StudentB